18 aprel 2026 18:46
137

Oman sahillərində növbəti gəmi insidenti baş verib

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində növbəti gəmi insidentinin baş verdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə mərkəzin açıqlamasında deyilir.

"UKMTO-ya Omandan üç dəniz mili (5,5 kilometr) şərqdə baş vermiş insidentlə bağlı məlumat daxil olub. Kapitan gəminin yaxınlığında su sıçrantıları gördüyünü bildirib", – məlumatda qeyd olunur.

Bildirilib ki, insidentin kruiz gəmisi ilə bağlı olduğu müəyyən edilib.

"Gəmilərə hər hansı şübhəli fəaliyyət barədə UKMTO-nu məlumatlandırmaları tövsiyə olunur", – məlumatda vurğulanıb.