19 aprel 2026 09:29
213

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

Rusiya Müdafiə Nazirliyi gecə ərzində vurulan pilotsuz təyyarələrin sayını açıqlayıb.

“İki sahil” xəbər verir ki, Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynaya məxsus 13 dronu məhv edib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təyyarə tipli dronlar Belqorod, Kursk və Rostov vilayətlərində, eləcə də Azov dənizi üzərində vurulub.