19 aprel 2026 13:05
116

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, əvvəlcə "Kəpəz" və "İmişli" komandaları qarşılaşacaq.

Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da başlayacaq. Gəncə klubu 21 xalla 10-cu, İmişli" isə 26 xalla 9-cu yerdədir.

Turun son oyununda "Sumqayıt" "Qəbələ" ilə qarşılaşacaq. Matç saat 19:00-da start götürəcək. 32 xallı "Sumqayıt" 7-ci, 19 xala malik "Qəbələ" isə 11-ci sıradadır.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"a (3:0), "Karvan-Yevlax" "Şamaxı"ya (1:0), "Sabah" "Qarabağ"a (1:0) qalib gəlib. "Zirə" isə "Neftçi" ilə heç-heçə edib - 1:1.