19 aprel 2026 15:05
129

Türk Dil Qurumunun sədri: Süni intellekt vasitəsilə ortaq türkcə proqramı yaradılır

Süni intellekt vasitəsilə ortaq türkcə proqramı yaradılır.

“İki sahil” xəbər verir ki, bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türk Dil Qurumunun (TDQ) sədri Osman Mert deyib.

O qeyd edib ki, üzərində iki ildən çoxdur iş aparılan sözügedən proqramın təxminən il yaım ərzində sistemli şəkildə tətbiq olunması planlaşdırılır: "Daha sonra Azərbaycan da daxil olmaqla, hər bir türk dövlətində koordinasiyalı şəkildə işlədiləcək eyni model və metodologiyaların tətbiqi nəzərdə tutulur".

"Yəni ayrı-ayrı milli modellər inteqrasiya edilərək ortaq və daha güclü süni intellekt platforması formalaşdırılacaq. Bu yanaşma nəticəsində türk dünyasının ümumi bilik bazası vahid intellektual sistemdə cəmləşəcək. Beləliklə, inteqrasiya prosesi reallaşacaq və effektiv məlumat mübadiləsi mümkün olacaq", - O. Mert bildirib.

Bu ideyanın hazırda həm nəzəri, həm də praktik baxımdan böyük maraq doğurduğını bildirən TDQ sədri rəqəmsal süni inttellekt modelinin türk dünyasını daha sıx birləşdirəcəyinə inandığını vurğulayıb.