"İranın elektrik stansiyaları və körpülərinə zərbələr endirilməsi hərbi cinayət kimi qiymətləndirilməyəcək".
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts ABC News telekanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, ABŞ Administrasiyası İranla mümkün hərbi qarşıdurma fonunda bütün variantları nəzərdən keçirir və heç bir ssenari istisna edilmir.
"Bütün variantlar masadadır. Biz bu infrastrukturu nisbətən asanlıqla məhv edə bilərik. İranın hava hücumundan müdafiə sistemləri tamamilə sıradan çıxarılıb", - deyə Uolts qeyd edib.
O əlavə edib ki, hərbi məqsədlər üçün istifadə olunduğu iddia edilən infrastrukturun vurulması hərbi cinayət sayılmır.
ABŞ HDQ Hörmüz boğazını minalardan təmizləmək üçün sualtı dronlardan istifadə edir
Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq