ABŞ qüvvələri Oman körfəzində dəniz blokadasını pozmağa cəhd etdiyinə görə İran yük gəmisini ələ keçirib.
“İki sahil” yazır ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesi “USS Spruance” Oman körfəzində İranın “Tuska” gəmisini ələ keçirib və onlara dayanmaq üçün açıq xəbərdarlıq edib. İran heyəti tabe olmaqdan imtina edib. Ona görə də hərbi gəmimiz mühərrik otağında deşik açaraq onları dayandırıb. ABŞ dəniz piyadaları hazırda gəmiyə nəzarət edir", - deyə o, “Truth Social”da yazıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”