Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı mühüm qərar verilib.

“İki sahil” Sportal.az-a istinadla xəbər verir ki, “Qarabağ” klubu millimizin üzvünü satışa çıxarıb.
Artıq bununla bağlı həm futbolçunun özünə, həm də menecerlərə məlumat verilib. “Qarabağ” yayda onu satmağa hazırdır.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq