21 aprel 2026 20:00
153

Dövlət qurumları arasında bilyard turniri uğurla təşkil olunub

Azərbaycan Respublikasının Azərbaycan Bilyard Federasiyası tərəfindən dövlət qurumları arasında bilyard turniri uğurla təşkil olunmuşdur.

“İki sahil” xəbər verir ki, turnir Heydər Əliyev adına İdman-Əyləncə Kompleksi ərazisində yerləşən Bilyard Akademiyasında keçirilmişdir. Yarışın əsas məqsədi dövlət qurumları arasında dostluq münasibətlərinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və bilyard idman növünə marağın artırılması olmuşdur.

Turnirdə müxtəlif dövlət qurumlarını təmsil edən komandalar iştirak etmiş, iştirakçılar yüksək oyun bacarığı, peşəkarlıq və rəqabət ruhu nümayiş etdirmişlər. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşlər tamaşaçılar tərəfindən böyük maraqla izlənilmişdir.

Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi olmuşdur:

1-ci yer: Nəsirov Toğrul (SOCAR)
2-ci yer: Əsgərov Rauf (FHN)
3-cü yer: Mustafazadə Cavid (FHN)
İkinci 3-cü yer: Vəliyev Fəxrəddin (Dövlət Reklam Agentliyi)

Qaliblərə mükafatlandırma mərasimində diplom və kuboklar təqdim olunmuşdur.

Azərbaycan Bilyard Federasiyası gələcəkdə də bu kimi tədbirlərin davamlı olaraq təşkilini planlaşdırır və bilyardın ölkədə inkişafına töhfə verməyə davam edəcəkdir.