22 aprel 2026 21:50
150

Günay Qurbanova bürünc uğrunda güləşəcək

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir. “İki sahil” xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib və millinin 2 üzvü xalçaya çıxıb. Elnurə Məmmədova (50 kq) ilk mərhələdə polşalı Aqata Qoluşovskaya “tuş”la məğlub olub. Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub və almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşıb. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməyib – 2:6. Günay sabah bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə güləşəcək.