23 aprel 2026 19:24
179

Hakimin qərarlarının doğru olduğu təsdiqlənib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib.

“İki sahil” xəbər verir ki, mütəxəssis baş hakimin epizodlarda doğru qərar verdiyini təsdiqləyib.

R. Həsənov "Qarabağ"ın qapıçısı Mateuş Koxalskiyə haqlı olaraq qırmızı vərəqə verildiyini bildirib.

Hakimlər Komitəsinin sədri görüşündə sonundakı epizodda penalti olmadığını da vurğulayıb.

Xatırladaq ki, qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun baş hakimi Rəvan Həmzəzadə olub.