24 aprel 2026 13:30
213

SOCAR Downstream müəssisələri üzrə ilk İNTELLEKTUAL OYUN TƏŞKİL OLUNUB - FOTO

SOCAR Downstream müəssisələri üzrə ilk intellektual oyun təşkil olunub. Oyunda hər biri 7 nəfərdən ibarət olmaqla ümumilikdə 15 komanda iştirak edib.

“İki sahil” xəbər verir ki, intellektual oyunun sualları və ümumi oyun prosesi Fibonacci şirkəti tərəfindən müstəqil şəkildə hazırlanaraq peşəkar şəkildə idarə olunub.

SOCAR-ın əsas dəyərlərindən biri olan vahid komanda ruhuna uyğun olaraq, hər komandada SOCAR Downstream-in müxtəlif müəssisələrindən əməkdaşlar təmsil olub. Bu yanaşma iştirakçılar arasında əməkdaşlığı və qarşılıqlı anlaşmanı daha da gücləndirir.

Oyun sonunda ən yüksək nəticə göstərən üç komanda birinci, ikinci və üçüncü yerlər üzrə mükafatlandırılıb.

Fibonacci oyunu sadəcə sual-cavab formatı deyil — bu, komanda işi, analitik düşüncə, riskləri öncədən qiymətləndirmə və düzgün qərarvermə bacarıqlarını inkişaf etdirən dinamik bir platformadır.

Qalib komandaları təbrik edir, bütün iştirakçılara isə göstərdikləri maraq və aktiv iştiraklarına görə təşəkkürümüzü bildiririk.

Orxan Vahidoğlu, "İki sahil"