Misli Premyer Liqasının 29-cu turunda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.
“İki sahil” yazır ki, yarışın 76-cı dəqiqəsində Ömər Buludov topu “Araz-Naxçıvan”ın qapısından keçirərək avtoqola imza atıb. 83-cü dəqiqədə isə İssuf Paro bərabərlik qolunu vurub.
Oyun 1-1 hesabı ilə başa çatıb.
Misli Premyer Liqası,
29-cu tur
25 aprel (şənbə)
18:30. “Qəbələ” 1-1 “Araz-Naxçıvan”
Qollar: Ömər Buludov, 76-avtoqol (1:0), İssuf Paro, 83 (1:1)
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”