Prezidenti iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regeional Ekoloji Sammit (RES 2026) çərçivəsində Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov ilə konstruktiv fikir mübadiləsi apardıq", - o bildirib. M.Babayev əlavə edib ki, COP31 ərəfəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və iqlim prosesləri üzrə perspektivlər müzakirə olunub:
"Serbiyanın qarşıdan gələn 2027-ci il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi bu qlobal məqamın davamlı əhəmiyyətini əks etdirir. Bu ilin iyununda Azərbaycanda keçiriləcək WED2026 (BMT-nin Ətraf Mühit Proqramının təşkil etdiyi Ümumdünya Ətraf Mühit Günü), ev sahibi ölkələr arasında davamlılıq və ortaq təcrübənin artıq formalaşması ilə təbii bir əlaqə nöqtəsi təqdim edir".
Had a constructive exchange with Sara Pavkov, Minister of Environmental Protection of Serbia, on the margins of @RES_2026.
— Mukhtar Babayev (@Mukhtar_Babayev) April 25, 2026
Discussed strengthening bilateral cooperation and perspectives across climate processes ahead of #COP31.
Serbia’s upcoming hosting of World Environment Day… pic.twitter.com/xirBh51Ytw