BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə tərəfdaşlığı yüksək qiymətləndirir və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçiriləcəyinə ümid edir.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
"Prezident İlham Əliyev tərəfindən qəbul edilmək mənim üçün böyük şərəfdir. Mən ona BMT-nin Sivilizasiyalar Alyansına göstərdiyi dəyişməz dəstəyə, eləcə də mədəniyyətlərarası dialoqun təşviqinə və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə sadiqliyinə görə minnətdarlığımı bildirdim. Biz Azərbaycan hökuməti ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçiriləcəyinə ümid edirik", - o qeyd edib.
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb, 2027-ci il sammitinə hazırlıqlar müzakirə olunub
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib