26 aprel 2026 20:53
145

MPL: Derbini "Qarabağ" qazandı

Misli Premyer Liqasının 29-cu turunda "Neftçi" "Qarabağ"ı qəbul edib.

İki sahil” yazır ki, saat 19:00-da start götürən yarışın 9-cu dəqiqəsində Musa Qurbanlı hesabı açıb. 20-ci dəqiqədə Elvin Bədəlov bərabərlik qolunu vursa da 32-ci dəqiqədə Musa Qurbanlı yenidən "Qarabağ"ı hesabda önə çıxaran qolu vurub. 38-ci dəqiqədə isə Joni Montiel ağdamlıların üçüncü qolunu vurub – 1-3. 68-ci dəqiqədə Leandro Andrade qol fərqini üç topa yüksəldib. Qarşılaşmada sonunxu qolu 90+3-cü dəqiqədə Emmanuel Addai vurub – 1-5.

Misli Premyer Liqası,

29-cu tur

26 aprel (bazar)

19:00 "Neftçi" 1–5 "Qarabağ"

Qollar: c, 9 (0-1), Elvin Bədəlov, 20 (1-1), Musa Qurbanlı, 32 (1-2), Joni Montiel, 38 (1-3), Leandro Andrade, 68 (1-4), Emmanuel Addai, 90+3 (1-5)

Baş hakim: Tural Qurbanov

Palms Sports Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”