Mərkəzi Seçki Komissiyası yüksək səviyyədə işləyir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında deyib.
O, MSK-nın şəffaf fəaliyyətini gələcəkdə də davam etdirəcəyini vurğulayıb:
"Milli Məclis adından sizləri təbrik edirəm, hər birinizə uğurlar arzulayıram. Mən Milli Məclisdə də fikirlərimi bildirdim ki, komissiya yüksək səviyyədə işləyir. MSK-nın strukturu effektiv çalışır. Sıralarınızda cavan kadrları görürəm. Fəaliyyətinizin gələcəkdə də şəffaflıq və obyektivliklə davam edəcəyini düşünürəm".
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək