28 aprel 2026 11:15
100

Azərbaycan-Çex Respublikası münasibətləri daha da inkişaf edəcək

Dövlət müstəqilliyi ilhaq edildiyi vaxtdan –1920-ci ilin may ayından başlayan, İmperiyanın qərəz burulğanına görə ilk vaxtlar gizli şəkildə davam edən milli-azadlıq hərəkatı ötən əsrin sonlarında ge­nişlənmişdi. O dövrdə demokratik dövlətlər bu hərəkatı dünya miqyasında mübarizələr tarixinin ən təş­­­kilatlanmış mübarizəsi adlandırırdı. Hərəkat xalqın hərəkatı idi, aparıcı qüvvəsi də xalq idi. İmperiya bu mübarizəni dayandırmaq uçün Bakıda 1990-cı ilin 20 yanvarında böyük miqyaslı faciə törətsə də niy­yətinə çata bilmədi, İm­pe­riyanın siyasi dayaqları Azərbaycanda kökündən laxladı. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın dövlət müs­tə­qil­­liyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanı rəsmən dünyanın əksər dövlətləri tanıdı. Bu tanıma təkcə siyasi münasibətlərin qurulması ilə məhdud­laş­madı, ikitərəfli, bəzən çoxtərəfli mü­na­sibətlər də yarandı. Belə dövlətlərdən biri də Çex Respub­li­ka­sı oldu...

Dövlət müstəqillyi bərpa edilmiş Azərbaycan sosializm sisteminin dağılması ilə müstəqil dövlət olmuş Çex Respublikası arasında siyasi əlaqələr genişləndi, qarşılıqlı inama, etimada əsaslanan bu mü­na­sibətlər sosial həyatın əksər sahələrini əhatələdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri za­manı mətbuata verdiyi bəyanatında da öz əksini tapıb: “Bizim indi çox fəal siyasi dialoqumuz var...”. Bu xatırlatma dövlətlərarası münasibətlərin siyasi dialoqla başladığını, bu dialoqla davam etdiyini   bildirir. Bu baxımdan dövlət başçımız bildirdi ki, bu Azərbaycanla Çex Pespublikası dövlət başcıla­rı­nın ilk görüşüdür, başlanğıcıdır. Çex Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfərini həyata keçirdiyindən məmnunluğunu bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır; - İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir...”...

Son vaxtlar Azərbaycanda neçə-neçə iri miqyaslı beynəlxalq tədbirlər, bu sıradan dünyanı dü­şün­­­dürən ciddi problemlərlə bağlı forumlar da keçirilir. Yeri gəlmişkən, bu səfər çərçivəsində Azər­baycan-Çex Respublikası biznes forumu da keçirildi. Azərbaycanın ticarət dövriyyəsinin daha yüksək səviyyəyə çatdırılacağına əminliyini bildirən dövlət başçımız ticarət dövriyyəsinin daha tarazlı olma­sını, strukturun təkmilləşdirilməsinə ümidli olduğunu da xatırladaraq dedi: “Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir; - Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir; - Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir”.

Azərbaycanla Çexiya arasında enerji təhlükəsizliyi və digər müxtəlif sahələr üzrə əməkdaşlıq da genişlənir. Bu, hərbi təyinatlı məhsulların idxalına da aiddir. Azərbaycanla Çexiya arasında hərbi məh­sul­ların birgə istehsalı ilə bağlı danışıqlar da aparılmışdır, bu danışıqlarda birgə istehsal da müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında daha sonra dedi: “Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır...”.

Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsinə, yenidən görüşməsi ilə bağlı fikir müba­diləsi aparılacağına əminliyini də bildirən dövlət bacımız bildirdi ki, “...bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açı­lır”...

Aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri Azər­baycan-Çex Respublikası münasibətlərinin daha da inkişaf edəcəyinin əminliyi ilə tarixləşdi...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı