28 aprel 2026 23:00
92

Azərbaycan və Çexiya əlaqələri uğurla inkişaf edir

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşlər, biznes forumu, mətbuata birgə verilən bəyanatlar səfərin əhəmiyyətindən xəbər verir. Bu səfər Azərbaycanla Çexiya arasında tarixən mövcud olan, bu gün uğurla davam etdirilən uğurlu və məqsədyönlü siyasi, iqtisadi, ticari əlaqələrin inkişafından xəbər verməklə yanaşı, gələcək perspektivinin də aydın olduğunu göstərir. Azərbaycan istər region, istərsə də qlobal miqyasda bütün ölkələrlə ikitərəfli və çoxtərəfli dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır. Ölkəmiz bu mövqeyini ən ali beynəlxalq tribunalardan da səsləndirib və bütün dünyada sülhün, qarşılıqlı etibarın vacibliyinə diqqət çəkib. Bu maraq Azərbaycanın artan nüfuzu, dünya miqyasında mövcud əlaqələri, ona olan inam və etimadın sayəsində bir vəhdət yaradaraq bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslı zəmin yaradır.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə sıx dostluq münasibətlərindədir və Çex Respublikası da bu ölkələr sırasındadır. Çex Respublikasının Baş nazirinin ölkəmizə səfəri də məhz bu məqsədə xidmət etməklə yanaşı, deyilənləri bariz şəkildə sübut edir. Avropanın enerji təhlükəsizliyində və təchizatında əhəmiyyətli və həlledici rol oynayan Azərbaycan dünyanın iqtisadi balansına öz töhfəsini verərək Avropanın enerji ilə təminatında mühüm addımlar atır. Bütün bunlar dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətin strateji tərəfdaşlıqda önəmli rol oynadığını, Avroopa İttifaqı ölkələri ilə əlaqələrin səmimiyyət üzərində qurulduğunu göstərir.

Çex Respublikasının Baş nazirinin ölkəmizə səfəri çərçivəsində həyata keçirilən görüşlər və biznes forumunda səsləndirilən fikirlər də öz növbəsində iki ölkə arasındakı iqtisadi əlaqələrin tam nümunəvi xarakter daşıdığını, ölkələrimizin qarşılıqlı inama əsaslanan qərarlarının xalqlarımızın gələcək təhlükəsizliyinin və davamlı inkişafının qarantı olduğunu göstərir. Dövlət başçısı cənab İlham Əliyevin də çıxışında səsləndirdiyi kimi Azərbaycanın qaz ixrac etdiyi ölkələrin 10-u Avropa İttifaqına daxil olan, hətta bir neçəsi Çex Respublikası ilə qonşu olan ölkələrdir. Çex Respublikasının isə ixrac etdiyi qazın 42 faizi məhz Azərbaycandan təmin edilir. Bununla yanaşı iki ölkə arasında ticarət dövriyyəsinin 800 milyon ABŞ dolları məbləğində olması iqtisadi və ticari əlaqələrimizin dinamik və paralel inkişafından xəbər verir. Uğurlu iqtisadi əlaqələrimizin bünövrəsini qoyduğu hazırkı münasibətlər çoxşaxəlidir və qarşılıqlı maraq doğuran digər sahələrin də birgə əməkdaşlıq çərçivəsində birgə layihələndirilməsinə təkan verir. Belə ki, perspektivdə Azərbaycanla Çex Respublikası arasında kənd təsərrüfatı, informasiya təhlükəsizliyi, müdafiə sənayesi, elm, təhsil və s. sahələrlə bağlı mühüm qərarların və iş birliklərinin qurulması nəzərdən keçirilir. Çex Respublikasından iş adamlarının ölkəmizə səfəri və səfər çərçivəsində biznes forumunda müzakirələrin aparılması bu məqsədə xidmət edir. Bu, həmçinin fəal siyasi dialoqun, regional və qlobal mühitdə qarşılıqlı dəstəyə söykənən ikitərəfli və çoxtərəfli əalqələrin də qurulmasına şərait yaradır.

Əminliklə demək olar ki, Azərbaycal Respublikası ilə Çex Respubliaksı arasında mövcud münasibətlər - iki ölkə rəhbərliyinin uzaqgörən və xalqların mənafeyindən çıxş edən islahatları, birgə layihələrin icrası gələcəkdə daha da inkiaşf edəcək, şaxələndiriləcək və digər sahələri əhatə edəcəkdir. Bunun üçün hər iki ölkənin imkanları və potensialı olduqca genişdir və bu potensialdan maksimum faydalı istifadə olunması ancaq inkişafa və tərəqqiyə, rifaha və təhlükəsizliyə xidmət edəcək.

 

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri