Təmasın olmadığı yerdə isə subyektivlik və ya korrupsiya riski də sıfıra enir
Rəqəmsallaşma bizim üçün sadəcə texnoloji yenilik deyil, bu, ilk növbədə sosial ədalət və şəffaflıq deməkdir. Avtomatlaşdırılmış sistemlərin, xüsusilə də son dövrlərdə süni intellekt modellərinin və alətlərinin tətbiqi ilə bu istiqamətdə daha çox imkanlar açılıb.
Bunu DOST RİM-in layihələr üzrə koordinatoru Vüsalə Müzəffərova “İki sahil”ə özəl müsahibəsində qeyd edib.
O, vurğulayıb ki, bu gün sosial ödənişlərin əksəriyyəti, xüsusilə pensiya, müavinət və təqaüdlər proaktiv qaydada, yəni müraciətsiz təyin olunur. Bu o deməkdir ki, vətəndaşla məmur arasında heç bir təmas qalmır. Təmasın olmadığı yerdə isə subyektivlik və ya korrupsiya riski də sıfıra enir. Bu halda qərarı məmurun rəyi deyil, sistemin alqoritmi verir.
Həmsöhbətimiz əlavə edib ki, sistemdə icra olunan hər bir əməliyyat rəqəmsal iz buraxır, kimin, nə vaxt və hansı əsasla qərar verdiyi şəffaf şəkildə görünür. Bu, bizə istənilən an əvvəlki dövrə münasibətdə audit aparmağa və prosesə kənar müdaxilələrin qarşısını almağa imkan verir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Əvvəl vətəndaşın sosial yardıma və ya müavinətə ehtiyacını insan faktoru müəyyən edirdisə, indi bu qərarı...
Nazirlik tərəfindən göstərilən xidmətlərin 52-dən çoxu proaktiv qaydada təqdim olunur
Elektron xidmətlərin tətbiqi vətəndaşların sosial xidmətlərə çıxışını da əhəmiyyətli dərəcədə sadələşdirib - EKSKLÜZİV