30 aprel 2026 18:15
223

Bakıya qarşı qərəzli mövqe tutan Luis Okampo ifşa olundu - ŞƏRH

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokurorunun etirafları hansı qaranlıq mətləbləri üzə çıxardı?

Avropada erməni lobbisinin çirkli maliyyəsi ilə bəslənən müəyyən mənfur niyyətli qüvvələr davamlı olaraq Azərbaycana təzyiq göstərmək üçün ən çirkin üsullara əl atır, qərəzli kampaniya aparırlar. Məkrli dairələrin marionetkasına çevrilən, xirtdəyəcən korrupsiya və rüşvət çirkabına bulaşmış bu ünsürlər çirkli pullarla Avropada və ABŞ-da özlərinə böyük biznes imperiyası quraraq müxtəlif beynəlxlaq təşkilatlara, o cümlədən Avropa İttifaqına təsir göstərmək,  korrupsioner avropalı parlamentarilərlə əlaqə yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.

Bu baxımdan “Minval Politika Exclusive”nin əldə etdiyi videogörüntülər xüsusilə diqqət çəkir. Ölkəmizə qarşı qərəzli mövqeyi və düşmənçiliyi ilə tanınan, insan hüquqları ilə manipulyasiyalar edən, Azərbaycanın Qarabağ bölgəsində yaşamış ermənilərin guya hüquqlarının pozulması kontekstində respublikamıza hücumlar edən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun və oğlu Tomasın əks olunduğu, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə keşmiş ali nümayəndəsi Jozef Borrelin də adının keçdiyi videogörüntülərdən aydın olur ki, çirkli maliyə vəsaitləri ilə erməni lobbisinə nökərçilik edən Okampo, erməni lobbisi və bəzi korrupsioner avropalı siyasətçilər yalnız Bakını hədəf almaqla kifayətlənmir, Ermənistanın baş naziri Nikol Paşinyanı vəzifədən uzaqlaşırmaqla Cənubi Qafqazada sülh prosesini pozmaq üçün məkrli ssenarilər, hiyləgər planlar qururlar. Əslində bütün bunlar Avropa Parlamenti kimi təşkilatların dərin böhran içində olduğunu, eləcə də ədalət məhkəməsinin siyasi təsir alətinə çevrildiyini, qərarların qəbul edilməsində maliyyə təsirlərinin inkaredilməz fakt olduğunu bird aha üzə çıxardı.

Gəlin həmin videogörüntülərin mətninə bir daha diqqət edək:

Luis Moreno Okampo: Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var - o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi

Həmsöhbət: Borrell?

Luis Moreno Okampo: Hə, Josep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada - Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula Fon der Lyayenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür.

… Bundan başqa bir məsələ də ortaya çıxıb - əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur.

Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır - Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm - qapı artıq açıqdır, biz sadəcə onu açırıq.

Tomas Moren Okampa (oğlu): “Bizim işimiz insanların koordinasiyasını təşkil etmək idi ki, onlara "baxın, görün nələr baş verir" deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir - çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Həmsöhbət: Prezidenti?

Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.

Göründüyü kimi, qətiyyətlə demək olar ki, bütün bunlar kifayət qədər ciddi korrupsiya faktlarıdır. Əmin olmaq istərdik ki, Avropa Parlamenti, Avropa Komissiyası və digər səlahiyyətli qurumlar bu koorrupsiya faktlarını araşdırmaq üçün təcili tədbirlər görəcəklər. Həmin tədbirlərin nəticəsində erməni lobbisinin sifarişi, Samvel Karapetyanın və Ruben Vardanyanın maliyyə dəstəyi ilə Azərbaycana qarşı qərəzli kampaniya aparan, Ermənistanda N.Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün məkrli planlar quran, bununla da regional sülhə ağır zərbə vurmaq istəyən cinayətkar şəbəkənin üzvləri-Luis Okampa, J.Borrel, bu işlərə cəlb olunan bəzi avropalı parlamentarilər və digərləri tezliklə öz layiqli cəzalarını almalıdırlar.

 Zahid Rza, “İki sahil”