Azərbaycan postsovet məkanında suverenliyini və ərazi bütövlüyünü öz gücü ilə bərpa etməyi bacarmış yeganə ölkədir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko deyib.
"Təəssüf ki, Moldova hələ də ərazi suverenliyinin bərpası mərhələsindədir. SSRİ-nin dağılmasından sonra həm Azərbaycanın, həm də Moldovanın ərazi münaqişələri ilə bağlı eyni problemi var idi", - o bildirib.
A.Esaulenko həmçinin onilliklər boyu davam edən işğaldan sonra Qarabağ və Şərqi Zəngəzur üzərində nəzarətin tam qaytarılması münasibətilə Azərbaycanı təbrik edib:
"Mən, əlbəttə ki, Azərbaycanı təbrik etmək istəyirəm, çünki bu, postsovet məkanında öz ərazilərini öz gücü ilə qaytaran ilk ölkədir. Mən Moldovanın səfiri olaraq, buna xüsusi diqqət yetirirəm".
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək