Bu gün Azərbaycan və Ermənistan arasında sülh reallıq təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.
"Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh içində yaşamağı yenicə öyrənirik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə biz – Ermənistan və Azərbaycan liderləri – birgə bəyannamə imzaladıq. ABŞ Prezidenti Donald Tramp da, artıq qeyd olunduğu kimi, onu şahid qismində imzaladı", - İlham Əliyev qeyd edib.