06 may 2026 10:14
131

Çempionlar Liqasında növbəti finalçı bəlli olur

Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olacaq.

“İki sahil” xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olacaq.

“Alyans Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü portuqaliyalı FIFA referisi Joau Pineyru idarə edəcək. Komandaların ilk duelində Paris təmsilçisi 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu cütün qalibi finalda İngiltərənin “Arsenal” komandasının rəqibi olacaq. Həlledici görüş mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.