Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti praktiki seminar keçirilib.
Seminar ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov, ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.
Seminarın əsas məqsədi Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatında hakimlik təcrübəsi əsasında əldə olunan yeni biliklərin, qaydalara edilən düzəlişlərin və aktual yanaşmaların yerli hakimlərə çatdırılması olub.
Seminar zamanı dünya çempionatında qeydə alınan müxtəlif hakimlik epizodları təhlil edilib, qaydaların tətbiqi ilə bağlı yeniliklər və praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir
Milli komandamız Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib