20 oktyabr 2026 15:12
142

Boksçu Daniel Holostenko iki il müddətinə diskvalifikasiya edilib

 

Boksçu Daniel Holostenko antidopinq qaydalarının pozulmasına görə 24 ay müddətinə diskvalifikasiya olunub.

İdmançıya qarşı tətbiq edilən sanksiya antidopinq qaydalarının 2.4-cü maddəsi — idmançının məkan məlumatları ilə bağlı öhdəliklərinin pozulması əsasında müəyyən edilib.

Sanksiya 31 avqust 2026-cı il tarixində qüvvəyə minib və 31 avqust 2028-ci il tarixinədək davam edəcək.

Beləliklə, Daniel Holostenko məkan məlumatları ilə bağlı antidopinq qaydalarının pozulmasına görə iki il müddətinə diskvalifikasiya edilib.