20 oktyabr 2026 14:48
136

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlama verib.

O, bunun çox vacib vəzifə olduğunu söyləyib:

"Milli komanda hər şeydən üstündür. Bu, hər bir mütəxəssisin arzuladığı vəzifədir. Xalqın baş məşqçisi olmaq gözəl hissdir. Mənim üçün isə qürurvericidir. Hər kəsin dəstəyi ilə milli komandanı uğurlu yol gözləyir. İctimaiyyətin yenidən bu kollektiv ətrafında birləşməsini təmin edəcəyik".

S.Yalçın Türkiyə Futbol Federasiyası (TFF) ilə anlaşmanın 4 illik olduğunu söyləyib.

Xatırladaq ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ın baş məşqçisi olub.