20 oktyabr 2026 15:05
135

Milli komandamız Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib

Gənc qızlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.

Hazırlıq prosesinə gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.

Təlim-məşq toplanışı 24–25 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında Qran-Pri turnirinə hazırlıq məqsədi daşıyıb.