2025-ci ildə Pakistanın Sind əyalətində baş vermiş güclü daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə humanitar yardım təşəbbüsü həyata keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən bildiriblər ki, səfirlik vasitəsilə həyata keçirilən layihə çərçivəsində daşqınlardan zərər çəkmiş 400 ailəyə əsas ərzaq məhsulları və gündəlik tələbat mallarından ibarət yardım paketləri təqdim olunub.
Bu aksiya Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla, qarşılıqlı dəstəyin və həmrəyliyin əhəmiyyətini bir daha nümayiş etdirib.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib