Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroda işgüzar səfərdədir.
“İki sahil” xəbər verir ki, Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.
Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır
Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir
Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib