07 may 2026 17:53
92

KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə KOBİA-nın və YAP-ın Nərimanov rayon təşkilatının nümayəndələri “Bakı KOB evi”ndə Ümummilli Liderin büstü önünə gül dəstələri qoyublar. 

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. 

Tədbirdə millət vəkilləri Samir Vəliyev və Vüqar İskəndərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafı üçün gördüyü genişmiqyaslı tədbirlərdən danışıblar. 

Tədbir çərçivəsində partiya işində fəal iştirakına görə YAP Nərimanov rayon təşkilatı tərəfindən KOBİA-nın bir qrup əməkdaşına fəxri fərmanlar və təşəkkürnamələr təqdim edilib, həmçinin partiya sıralarına qəbul olunmaq istəyən Agentlik əməkdaşlarının ərizələri qəbul olunub.