Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi və üçüncü yerin sahibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, üçüncü yer uğrunda keçirilən matçda Ədliyyə kollektivi Baş Prokurorluq komandasını 2:1 hesabı ilə məğlub edib.
Final görüşündə isə SOCAR Azərişıq komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.
Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçirilib.
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşüb
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb