Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı "X" sosial şəbəkəsi hesabında etdiyi paylaşımda bildirib.
"Ümummilli Lider Heydər Əliyev Vətənə olan sonsuz sevgisi, müdrikliyi və fədakar fəaliyyəti ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirən, dövlətçilik institutlarını formalaşdıran və ölkənin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən böyük liderdir", - nazir qeyd edib.
O, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini vurğulayıb.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək