“Neftqaztikinti” trestində təşkil edilmiş növbəti iməclik tədbiri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.
“İki sahil” xəbər verir ki, trestin struktur vahidlərində, eləcə də trest aparatı üzrə yaşıllıq zonalarında, boş ərazilərdə və yeni salınmış istirahət parkında genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
Keçirilən iməcilik tədbirlərində “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev, SOCAR-ın Xidmətlərinin İdarəedilməsi Departamentinin rəisi Rüfət Rzayev və digər məsul şəxslər iştirak etmişlər.
Tədbirlər çərçivəsində müxtəlif növ ağac və dekorativ bitkilər — eldar şamı, tuya, sərv və zeytun ağacları əkilmiş, ərazilərdə təmizlik, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Belə tədbirlərin keçirilməsi ekoloji mühitin qorunmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitə həssas münasibətin təşviqinə və kollektiv həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Yanvar-aprel aylarında DSMF-nin xərcləri 255 mln. manat artaraq 2 mlrd. 756 mln. manat olub
Uşaq evlərinin sakinləri üçün “Tanıma və güvən” layihəsi üzrə xüsusi rəqs məşğələləri təşkil edilib