Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 15 faiz və ya 407 mln. manat çox olmaqla 3 mlrd. 76 mln. manat təşkil edib.
“İki sahil” xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 124 mln. manat artaraq 2 mlrd. 216 mln. manat olub.
Bu ilin 4 ayında DSMF-nin xərcləri isə 2 mlrd. 756 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 255 mln. manat çoxdur.