13 may 2026 23:40
109

"Politico": Rutte NATO ölkələrinə ÜDM-in 0,25 %-ni Ukraynaya ayırmağı təklif edib

NATO-nun baş katibi Mark Rutte alyansa üzv dövlətlərinin ÜDM-in 0,25 %-ni Ukraynaya ayırmasını təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rutte bu açıqlamanı aprelin sonlarında NATO səfirlərinin qapalı iclasında verib. Əgər onun təklifi müttəfiqlər tərəfindən dəstəklənsə, alyansın illik ayırdığı vəsait üç dəfə artaraq, 143 milyard dollara çatacaq.

Qeyd olunur ki, bu məsələ gələn həftə İsveçin Helsinqborq şəhərində keçiriləcək NATO Xarici İşlər Nazirlərinin iclasında yenidən müzakirə olunacaq. Nəşr qeyd edir ki, qərarın qəbulu üçün alyansın bütün üzvlərinin razılığı tələb olunur.