14 may 2026 07:58
139

ABŞ-nin Hörmüz boğazı ilə bağlı qətnaməsinə dəstək üçün ölkələrə təzyiq göstərilib?

BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazından gəmiçilik azadlığı ilə bağlı yeni qətnamə layihəsini dəstəkləyən bəzi ölkələr bunu siyasi təzyiq altında ediblər.

“İki sahil” xəbər verir ki, belə bəyanatla İranın BMT-dəki Daimi Nümayəndəliyi çıxış edib.

"Hamı bilir ki, (BMT) üzvlərinin çoxu siyasi təzyiq, məcburiyyət və təhdid altında qətnamə layihəsinə qoşulub", - İslam Respublikasının Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində paylaşım edərək bildirib.

İranın diplomatik nümayəndəliyi əlavə edib ki, Vaşinqtonun qətnamə layihəsinə geniş dəstək almaq səyləri siyasi məqsədlərini qanuniləşdirmək üçün çarəsiz cəhddən başqa bir şey deyil.

Mayın əvvəlində ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts qətnamə layihəsinə 136 ölkənin həmmüəlliflik etdiyini bildirib.