14 may 2026 10:52
96

İstanbul Patriarxı Varfolomey: Azərbaycandakı dini tolerantlığı təqdir edirik

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin dəvəti ilə Avrasiya İqtisadi Zirvəsində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İstanbul Partiarxı Varfolomeylə görüşdü.

“İki sahil” xəbər verir ki, Patriarxın dinlərarası dialoq, qlobal sülhün bərqərar olması istiqamətində səylərini yüksək qiymətləndirən Bütün Qafqazın Şeyxi Azərbaycanda əsrlərboyu hökm sürən tolerant mühitdən də söhbət açıb. ‘’Prezident İlham Əliyev  ilə Azərbaycanda həyata keçirilən mədəniyyətlərarası dialoq bu gün ən yüksək mərhələdədir. Ölkəmiz mədəniyyətlər və dinlərarası dialoqun mərkəzi hesab olunur’’.  

Azərbaycanda höküm sürən dini tolerantlığı daim təqdir etdiyini söyləyən Patriarx bu ilin noyabr ayında Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatı iqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının bəşəriyyət üçün həlledici platforma olacağını diqqətə çatdırdı. Daha sonra dini liderlər qarşılıqlı maraqdoğuran məsələləri müzakirə etdilər.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olundu.