14 may 2026 10:54
102

Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq genişlənir - FOTO

Türkiyə Respublikasının Diyanət İşləri Bakanı (Dini İşlər üzrə naziri), professor Safi Arpaguşla Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  bütün Qafqazın Şeyxi ilə görüşməkdən məmnunluğunu ifadə edən Safi Arpaguş Azərbaycana ən səmimi arzuları çatdırıb.

Görüşün tarixi əhəmiyyət daşıdığını vurğulayan Allahşükür Paşazadə, hələ Safi Arpaguşla İstanbul müftisi olduğu zaman görüşdüyünü diqqətə çatdırıb: ‘’Bizim əməkdaşlığımız çoxşaxəlidir, bu imkanları daha da dərinləşdirməli, Azərbaycan və Türkiyə üçün faydalı olan yeni istiqamətlər müəyyən etməliyik".

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığı genişləndirilməsi, eləcə də bu ilin sentyabr ayında keçiriləcək Türk Dövlətlər Təşkilatı Dini İdarə Rəhbərləri Şurasının toplantısı ilə bağlı təşkilatı məsələlər müzakirə edilib.