14 may 2026 17:14
92

Almaniya "Milka"ya qarşı

Almaniyada "Milka" şokoladının satışına qadağa qoyulub. Buna səbəb istehsalçının bir şokolad plitəsinin çəkisini 100 qramdan 90 qrama endirməsi olub. Məhkəmə hesab edib ki, bu addım alıcıları çaşdırıb, çünki qablaşdırmanın xarici görünüşü əvvəlki kimi qalıb. Buna görə də alıcılar məhsulun miqdarının azaldığını vizual olaraq müəyyən edə bilməyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Son 10 ildə Rusiyada bir "Milka" şokolad plitəsinin orta çəkisi 100 qramdan 70 qrama düşüb. Bunu İstehlakçı Hüquqlarının Müdafiəsi Cəmiyyətinin aparıcı hüquqşünası Oleg Frolov xatırladıb.

Lakin onun sözlərinə görə, istehsalçını Almaniyadakı kimi cəzalandırmaq mümkün olmayacaq: “Əgər qablaşdırmada bir məlumat göstərilibsə, amma faktiki olaraq məhsulun miqdarı azdırsa və ya qablaşdırma vizual olaraq əvvəlki kimi görünür, lakin başqa məlumat xırda şriftlə qeyd olunubsa, burada artıq alıcının qəsdən çaşdırılmasından söhbət gedə bilər. Burada ikili anlaşma olmamalıdır. Əgər şokolad plitəsi 100 qram kimi göstərilibsə, amma əslində 90 qram çəkirsə və eyni zamanda hər şey elə tərtib olunub ki, guya heç nə dəyişməyib, halbuki alıcı eyni pula daha az məhsul alırsa, bu artıq açıq-aşkar aldatma əlamətləridir".

Başqa məsələ isə odur ki, istehsalçı yeni çəkini birbaşa göstərir. Məsələn, əvvəllər qablaşdırma bir kiloqramlıq kimi qəbul olunurdu, indi isə onun üzərində dürüst şəkildə 900 qram yazılıb.