14 may 2026 18:01
89

İsrail hərbi əməliyyatı tezliklə bərpa edə bilər

İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz bildirib ki, İsrailin İrana qarşı hərbi əməliyyatı hələ bitməyib. O, hərbi əməliyyatların tez bir zamanda bərpasına icazə verib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Epoch" məlumat yayıb.

Katz həlak olan İsrail əsgərlərinin xatirə mərasimində deyib: "Biz kampaniyanın məqsədlərini İranın artıq İsrail və ABŞ üçün mövcudluq təhlükəsi yaratmamasını təmin edəcək şəkildə tamamlamalıyıq".