Serbiya regional enerji arxitekturasındakı rolunu gücləndirməyi və Balkanlarda əsas qaz tranzit mərkəzlərindən birinə çevrilməyi planlaşdırır.
“İki sahil” Serbiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç-Handanoviç Afinada keçirilən Enerji Keçidi Sammitində bildirib.
Onun sözlərinə görə, Belqrad milli qaz nəqli sisteminin imkanlarını genişləndirmək və regionun Avropa enerji bazarları ilə infrastruktur əlaqəsini gücləndirmək niyyətindədir.
Nazir qeyd edib ki, Balkan yarımadasının qaz və elektrik enerjisi sektorlarında Avropa ilə daha sıx inteqrasiyaya ehtiyacı var. O, buna nail olmaq üçün regionun enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün yeni investisiyalara və infrastruktur layihələrinə ehtiyac olduğunu vurğulayıb.