15 may 2026 10:13
101

Çin Hörmüz boğazında sərbəst naviqasiyanın tərəfdarıdır

Çin Hörmüz boğazında gəmiçiliyin sərbəst və maneəsiz həyata keçirilməsində maraqlı olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir “Bloomberg TV”yə müsahibəsində danışıb. Onun sözlərinə görə, Pekin boğazın hərbi nəzarət və əlavə ödənişlər olmadan açıq qalmasını vacib hesab edir. Qrir, həmçinin Çinin İrana münasibətini “praqmatik yanaşma” kimi qiymətləndirərək bildirib ki, Pekin regionda sülhün qorunmasında maraqlıdır.

Bundan əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq Pekinin İranla hərbi əməkdaşlıq etdiyi barədə iddiaları rədd edib və Çin tərəfinin İran xalqının vəziyyətinə rəğbətlə yanaşdığını vurğulayıb.