Bakıda 17–22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində fəaliyyət göstərəcək könüllülər üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, forum müddətində yalnız WUF13 könüllüləri paytaxtın ictimai nəqliyyat xidmətlərindən pulsuz yararlana biləcəklər. Qərarın tədbir iştirakçılarının hərəkət rahatlığının təmin olunması məqsədilə qəbul edildiyi qeyd olunub.
Qeyd edək ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddətində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə müəyyən edilmiş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək. Bununla yanaşı, tədbir məkanına təşkil olunacaq nəqliyyat xidmətləri də ödənişsiz olacaq.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib