AMEA Dilçilik İnstitutunun əməkdaşları fil.e.d., prof. Mayıl B. Əsgərov, fil.ü.f.d., dosent Zülfiyyə Musavi və böyük elmi işçi Sevinc İsmayılova 12-13 may 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində Westminster universitetinde keçirilən beynəlxalq konfransda iştirak etmişlər.
“İki sahil” xəbər verir ki, Azərbaycanlı alimlər Azərbaycanda koqnitiv dilçilik sahəsində əldə edilən uğurlar haqqında məlumat vermiş və qeyd etmişlər ki, tərcümə prosesinin reallaşa bilməsi üçün ilkin mətn əsasında diskursun və hətta diskursiv situasiyanın bərpası mütləq və zəruridir. Hərfi təcümədən başqa istənilən tərcümə mətni bərpa olunmuş diskursiv situasiyada yaranan intellektual nitq mahiyəti daşıyır. İrəli sürülən bu elmi mülahizə faktiki dil materialları əsasında sübut edilmiş və konfrans iştirakçılarını böyük marağına səbəbə olmuşdur.