15 may 2026 19:18
119

Ədalət Tahirzadənin 75 illik yubileyinə həsr olunmuş  Respublika elmi konfransı keçirilib

Bakı Avrasiya Universitetində professor, tanınmış dilçi alim  Ədalət Tahirzadənin 75 illik yubileyinə həsr olunmuş  Respublika elmi konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, Konfransda universitet rəhbərliyi, elm və təhsil ictimaiyyətinin nümayəndələri, alimlər, ziyalılar və tələbələr iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan universitetin rektoru ptofessor Səyavuş Qasımov  Ədalət Tahirzadənin Azərbaycan dilçiliyi və türkoloji fikrin inkişafındakı xidmətlərindən danışıb, onun çoxillik elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib

Yubiley mərasimində çıxış edən  Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, Ədalət Tahirzadə uzun illər ərzində Azərbaycan dilçiliyinə sanballı töhfələr verib, çoxsaylı elmi əsərləri ilə türkoloji araşdırmaların inkişafında mühüm rol oynayıb. O qeyd edib ki, alimin zəngin elmi fəaliyyəti və pedaqoji xidməti gənc tədqiqatçılar üçün örnəkdir. Professor Nadir Məmmədli yubilyarın milli-mənəvi dəyərlərin, ana dilinin qorunması və təbliği istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirərək ona möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayıb.

Tədbirdə çıxış edən natiqlər professor Ədalət Tahirzadənin zəngin elmi irsinin gənc tədqiqatçılar üçün örnək olduğunu vurğulayaraq, onun ana dilinin qorunmasıı və Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm fəaliyyət göstərdiyini bildiriblər