“Azərpoçt” MMC-nin Mərkəzi Poçt Şöbəsinə məktəblilərin növbəti ekskursiyası təşkil olunub.
“İki sahil” xəbər verir ki, “Poçta ekskursiya” layihəsi çərçivəsində 132-134 saylı Liseyin IB bölməsinin 5-ci sinif şagirdləri iştirak ediblər. Ekskursiya zamanı məktəblilərə poçt rabitəsinin tarixi, inkişaf mərhələləri, eləcə də “Azərpoçt” MMC tərəfindən hazırda göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.
Şagirdlər poçt xidmətlərinin iş prinsipi ilə yaxından tanış olub, məktubların göndərilməsi və çatdırılması prosesi haqqında məlumatlandırılıblar. Ekskursiyanın sonunda məktəblilər yaxınlarına məktub yazaraq onları poçt qutusuna atıblar.
Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən məktəblilərin poçt məntəqələrinə maarifləndirici ekskursiyaları mütəmadi olaraq təşkil edilir.