Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakının Baş Planına dair təqdimat da keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
“Bakının Baş Planı artıq bir neçə ildir təsdiqlənib və icra olunur. Forum iştirakçılarına paytaxtla yanaşı, ölkənin digər şəhərlərinin inkişaf istiqamətləri və baş planları barədə də məlumat veriləcək”, – deyə Anar Quliyev qeyd edib.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib