Türkiyə Milli Müdafiə Nazirliyi mayın 17-də “EFES-2026” çoxmillətli təlimi çərçivəsində düşmən gəmisinin ələ keçirilməsi əməliyyatının videomaterialını paylaşıb.
“İki sahil” xəbər verir ki, təlim ssenarisi Türkiyə, Azərbaycan, Liviya və Macarıstandan olan şəxsi heyətdən ibarət dəniz xüsusi təyinatlı qüvvələrinin simulyasiya edilmiş düşmənə yardım aparan gəmiyə eniş etməsini əhatə edirdi.
Təlim düşmən gəmisinin aşkarlanması, dayandırılması, yoxlanılması və ələ keçirilməsi məşqlərini əhatə edirdi.
“EFES-2026” təliminin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi personalın praktik bacarıqlarını təkmilləşdirməkdir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub