ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Senatının saytında dərc olunan 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin maliyyələşdirilməsi haqqında qanun layihəsinə dair izahat qeydində bildirilib.
Qeyd olunub ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionunun ada dövlətlərində adi silahların məhv edilməsi, minatəmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını tövsiyə edib. (Report)
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO
İntellektual bölmələrdə yeni mərhələ: texnologiya peşəkarlarının potensialından daha geniş istifadə olunacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib