17 may 2026 18:28
110

Avropa çempionatında bir gündə 5 medal

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa çempionatı sona yaxınlaşır.

“İki sahil” xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da medalçılar müəyyənləşib. Millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Hüseyn Rzazadə (48 kq) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb. Rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çempionu olub. Abbas Şəfiyev (55 kq) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
 Rəşid Nazarov (65 kq) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medalla kifayətlənib. Nihad Süleymanlı (80 kq) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hakim Tağıyev (110 kq) isə bürünc medal görüşündə belaruslu Daniil Jivuladan güclü olub – 3:1.